AZ

Dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İlham Əliyev fərman imzalayıb.

Dəyişikliklərə əsasən, qaydanın 1.1-ci bəndindən "və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan" sözləri çıxarılıb. 1.4-cü bənd əlavə olunub. Yeni bəndə görə, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına da həyata keçirilə biləcək. Əvvəlki 1.4-cü bənd bundan sonra 1.5-ci bənd hesab olunacaq. Qaydanın 2.1-1-ci bəndi ləğv olunub. 2.7-ci bənddə isə “bank” sözü “xəzinə” sözü ilə əvəz edilib.

Fərmana əsasən, Nazirlər Kabineti bu dəyişikliklərdən irəli gələn məsələlərin həllini təmin edəcək.

Seçilən
0
12
bakivaxti.az

10Mənbələr