Fiziki fəaliyyətin olmaması və artan stress COVID-19 pandemiyasından sağ çıxanların beyninin qocalma sürətinə təsir edib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu nevroloq, tibb elmləri doktoru Viktor Şaxnoviç deyib.
"Beynin normal işləməsi üçün normal qan axını olmalıdır, normal qan axını üçün isə insan daim fiziki fəaliyyətlə məşğul olmalıdır. Çünki fiziki aktivlik azdırsa, o zaman ürək çıxışı çox az olur və orqanizmə daxil olan qanın miqdarı azalır, qan isə oksigen daşıyır", - Şahnoviç deyib.
Ürək çıxışında azalma beyinə axan qanın həcminin azalmasına səbəb olur, nevroloq bunun oksigen aclığına və ya hipoksiyaya səbəb olduğunu qeyd edib.
"Bizim yerimək, idman etmək imkanlarımızı məhdudlaşdırdılar, idman və istirahət mərkəzlərini bağladılar, parklarda qaçmağımıza qadağa qoydular - birinci səbəb budur. İkinci səbəb odur ki, adam hər zaman evdə olub, evdə heç bir işi olmayıb və orqanizm yorulmayıb, əgər yorğunluq baş verməyibsə, deməli, bərpaya kifayət qədər ehtiyac olmayıb, yuxu isə stressi azaldır və nəyəsə dözümlülüyü artırır", mütəxəssis pandemiya dövründə baş verənləri və insanlar üçün sonrakı fəsədlarını belə izah edib.