AZ

Cennifer Lopez Rusiyadakı konsertindən imtina etdi

Amerikalı pop ulduzu Cennifer Lopez Rusiyada konsertləbağlı danışıqlar aparsa da, layihə baş tutmayıb.

Kulis.az xəbər verir ki, Lopezin nümayəndələri Rusiya təşkilatçıları ilə avqust ayında keçiriləcək konsert və azı 1 milyon dollar qonorar qarşılığında razılığa gəlsələr də, son anda geri çəkiliblər.

Məlumata görə, müğənninin komandasıQərbdən gələcək tənqidlərdən ehtiyatlanaraq Rusiyada çıxışdan imtina edib.

Qeyd edək ki, Cennifer Lopez avqustun 1-də Qazaxıstanın paytaxtı Astanada konsert verəcək.

Seçilən
0
kulis.az

1Mənbələr