ABŞ şirkətləri kollec və universitet məzunlarını giriş səviyyəli vəzifələrə işə götürməyi azaldıb, onların yerinə süni intellektdən (Al) istifadə etməyə üstünlük verir.
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin məlumatına görə, rəhbərlər daha təcrübəli mütəxəssislərin axtarışına diqqət yetirmək istəyir. Jurnalistlərin məlumatına görə, illərboyu məzunlar aşağı maaşla işləyərək, təlim keçmək, təcrübə qazanmaq və əmək bazarında mövqe tutmaq üçün şirkətlərdə bir neçə il keçirirdilər.
Məqalənin müəllifləri qeyd edib ki, süni intellektin meydana çıxması işəgötürənlərlə məzunlar arasındakı bu yazılı olmayan razılaşmanı pozmaq potensialına malikdir. WSJ qeyd edib ki, gənc mütəxəssislərin işə qəbulunun azalması şirkətlərin 5-10 il ərzində rəhbər vəzifələr tuta biləcək işçi sayını azaldır.
Paşa Məmmədli