AZ

Rusiyanın Ukraynaya hücumları nəticəsində 5 nəfər ölüb

Rusiya qüvvələri Ukraynanın Xarkov vilayətinin Novoplatonovka kəndini atəşə tutub.

Bu barədə Operativ Media Ukrayna KİV-inə istinadən məlumat verir.

"Hücum nəticəsində beş mülki şəxs həlak olub, daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb", - nəşr Xarkov vilayəti polisinin məlumatına istinadən bildirir.

İlkin məlumata görə, bu gün günorta saatlarında edilən hücumda reaktiv yaylım atəşi sistemlərindən istifadə edilib.

Seçilən
16
5
operativmedia.az

10Mənbələr