"Parma"nın 18 yaşlı müdafiəçisi Covanni Leoni nəhəng klubların diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, onunla "Inter", "Milan" və "Yuventus" yaxından maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Parma" gənc futbolçu üçün 40 milyon avro tələb edir. Leoni isə ehtiyatda qalacağı kluba transfer olmaq istəmir.
O, ötən mövsüm A Seriyasında 17 oyunda meydanda olub və 1 qol vurmağı bacarıb.