AZ

"Bavariya" qapıçısı ilə müqaviləni yenilədi

BAKI, 29 iyul. TELEQRAF

Almaniyanın "Bavariya" klubu futbolçusu Sven Ulrayxla müqaviləni yeniləyib.

Teleqraf xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Qırmızılar" 37 yaşlı qapıçı ilə 1 illik sözləşmə bağlayıb.

Qeyd edək ki, Sven Ulrayx 2015-ci ildən "Bavariya"da çıxış edir. O, ötən mövsüm ərzində 2 oyunda iştirak edib.

Seçilən
48
teleqraf.com

1Mənbələr