AZ

"Turan Tovuz" Türkiyə klubuna qarşı

Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama oyununu keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, rəqib qardaş ölkənin I Liqa təmsilçisi "Keçiörengücü" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Təmsilçimiz ilk oyunda "Çorum"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, "Turan Tovuz" bu gün İranın "Traktor" klubu ilə üz-üzə gəlməli idi. Lakin müxtəlif səbəblərdən matç baş tutmayıb.

"Cebheinfo.az" 

Seçilən
0
cebheinfo.az

1Mənbələr