AZ

Bu xəstəlikləri olanlar üçün günəş xeyirdən çox zərər verir - DİQQƏT!

Yay mövsümündə günəş şüalarının faydaları danılmazdır. D vitamini sintezindən immunitetin güclənməsinə qədər bir çox müsbət təsiri olan günəş eyni zamanda bəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

Yenisabah.az bildirir ki, mütəxəssislər günəşin təsirlərinə qarşı diqqətli olunması barədə xəbərdarlıq edir.

Günəşin zərərli olduğu xəstəliklər hansılardır? Dördpendirli pizza

Dermatoloqlar bildirirlər ki, bəzi dəri xəstəlikləri və ya xroniki problemləri olan şəxslər günəşə birbaşa məruz qalmamalıdır. Xüsusilə lupus, rosacea, melazma (dəri ləkələri), vitiligo (alacə xəstəliyi), sızanaqgöz qapaqlarında blefarit kimi hallarda günəş şüaları vəziyyəti daha da ağırlaşdıra bilər. Hətta bəzi dərmanlarla birlikdə günəşə çıxmaq əlavə dəri yanmalarına və ləkələrə səbəb ola bilər.

Kimlər ehtiyatlı olmalıdır?

Günəşə qarşı həssaslığı olanlar, immun sistemi zəif olanlar, onkoloji xəstəlikləri olanlar və hormon müalicəsi alanlar xüsusilə diqqətli olmalıdır. Günəş altında çox qalmaq bu şəxslərdə ləkələrin artmasına, dəri hüceyrələrində dəyişikliklərə və hətta dəri xərçəngi riskinə səbəb ola bilər.

Nələrə diqqət edilməlidir?

Həkimlər tövsiyə edir ki, bu xəstəlikləri olan insanlar günəşin ən şiddətli olduğu saatlarda – saat 11:00-dan 16:00-a qədər – çöldə qalmaqdan çəkinməlidirlər. Həmçinin:

  • Günəş qoruyucu kremlərdən istifadə edilməlidir (ən az SPF 30)

  • Geni kənarlı papaqlar və gün eynəkləri taxılmalıdır

  • Açıq rəngli və yüngül geyimlər seçilməlidir

  • Mümkün qədər kölgədə qalınmalıdır

Qeyd edək ki, günəş hər kəs üçün faydalı deyil. Xüsusilə bəzi xəstəliklərə sahib olan şəxslər üçün ehtiyat tədbirləri həyat qurtarıcı ola bilər. Həkim məsləhəti olmadan günəş vannası qəbul etmək və ya dərman qəbul etdikdən sonra günəşə çıxmaq ciddi fəsadlara yol aça bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr