"Bavariya" klubu Sven Ulrayxı komandada saxlayıb.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi təcrübəli qapıçı ilə olan sözləşməni gələn ilin yayına qədər uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ulrayx 2015-ci ildən "Bavariya"da çıxış edir. O, burada ümumilikdə 103 oyuna çıxıb.