AZ

50 yaşdan sonra sürətli qocalma başlayır - ARAŞDIRMA

Çin Elmlər Akademiyasının alimləri orqanizmin qeyri-bərabər qocaldığını aşkar ediblər.

Belə ki, təxminən 50 yaşda dönüş nöqtəsi olur, bundan sonra bədənin aşınması sürətlənir. 

“Cebheinfo.az” xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Alimlər bu qənaətə 14-68 yaş arası 76 nəfərin səkkiz bədən sistemini təhlil edərək gəliblər. Tədqiqatçılar 45 ilə 55 yaş arasındakı intervalda kəskin bioloji dəyişiklikləri qeydə alıblar. Yaşlanma xüsusilə ürək-damar sistemində - xüsusən də daxili orqanlara qan verən bədənin əsas damarı olan aortada nəzərə çarpıb.

Araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, qocalma tədricən deyil, dalğalarla - sürətli dəyişikliklər dövrləri ilə inkişaf edir. Həmçinin, onların fikrincə, qan damarları bütün bədəndə yaşlanmaya səbəb olan maddələrin paylanmasında əsas rol oynaya bilər.

Tədqiqatçılar ümid edirlər ki, “bioloji yerdəyişmə nöqtələri” adlanan yerin sonrakı tədqiqi orqanizmin yaşa bağlı aşınma mexanizmlərini daha yaxşı başa düşməyə və onu ləngitmək yollarını tapmağa kömək edəcək.

Seçilən
13
cebheinfo.az

1Mənbələr