AZ

Goranboyda yol qəzası baş verdi - Üç nəfər xəsarət aldı

GORANBOY, 29 iyul. TELEQRAF

Goranboy rayonunun Qarasüleymanlı kənd sakini Tural Mustafayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Aşağı Ballıqaya kənd sakini Rauf Səlimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil toqquşub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində sürücülər və sərnişin Əsibə Mustafayeva xəsarət alıb.

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Seçilən
7
teleqraf.com

1Mənbələr