"Fənərbağça" klubu "Sassuolo"nun futbolçusu Arman Loryanteni transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, klublar 15 milyon avro qarşılığında razılığa gəlib.
Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
Loryante 1 həftə öncə İngiltərəyə "Sanderlend"lə müqavilə imzalamağa yollanmışdı. Lakin son anda bu keçid baş tutmamışdı.
26 yaşlı futbolçu 3 ildir "Sassuolo"da çıxış edir. O, son mövsüm B Seriyasında 33 oyunda 18 qol vurmağı bacarıb.