Bakı. Trend:
ABŞ administrasiyası tərəfindən Beynəlxalq İnkişaf Agentliyinin(USAID) fəaliyyətinin dayandırılması tamamilə doğru qərardır.Əslində, təşkilatın fəaliyyətinin dayandırılması ilə bağlı prosesfevraldan başlamışdı. İyulun əvvəlində isə proses məntiqi sonluğunaçatdı.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ABŞ hökumətinin siyasətinə uyğun gələn vəölkənin maraqlarını təşviq edən xarici yardım proqramları bundansonra Dövlət Departamenti tərəfindən idarə olunacaq:
“Tramp administrasiyasının USAID-i ləğvi etməsinə səbəb qurumunxərclərinin çox yüksək olmasına rəğmən, faydasının çox azolmasıdır. Hələ martda USAID tərəfindən idarə olunan layihələrin80%-i ləğv edilib. Qurumun 6 200 layihəsindən yalnız minə yaxınınınDövlət Departamentinin nəzarəti altında davam edəcəyi qəraraalınıb”.
Millət vəkilinin sözlərinə görə, USAID ABŞ Mərkəzi Kəşfiyyatqurumunun alt qolu kimi yaradılıb və yardım adı altında ayrı-ayrıölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək,qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağaçalışıb:
“Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlaraltında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onlarınvasitəsilə Azərbaycan əleyhinə qeyri-qanuni aksiyalarınpermanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlarvar. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçünregionlarda müxtəlif layihələr həyata keçirirdi.
USAID-in Azərbaycandakı fəaliyyətindəki qeyri-şəffaflıq,qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, mənfiamillərdən biri agentliyin “erməni kartı”ndan istifadəsi iləbağlıdır. Bu məsələdə qurumun direktoru Samanta Pauer aktiv roloynayırdı. Ötən ilin sentyabrında təşkilat Ermənistana maliyyəyardımının həcmini iki dəfədən çox artıracağını elan etmişdi”.
S.Fətəliyeva xatırladıb ki, təşkilat rəsmən ləğv olunmamışdanəvvəl onun ölkəmizdə fəaliyyəti dayandırılmışdı.
Milli Məclisin deputatı Könül Nurullayeva isəTrend-əaçıqlamasında deyib ki, USAID-in beynəlxalq yardım təşkilatındandaha çox cinayətkar fəaliyyətlə məşğul olduğu üzə çıxıb:
“ABŞ prezidenti Donald Tramp USAİD-i ölkə büdcəsindən əsassızolaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir. O, açıqşəkildə bəyan edib ki, atdığı addımlar USAİD-də korrupsiyanınindiyə kimi görünməyən miqyas alması ilə əlaqədardır. Təkcə 2023-cüildə ABŞ beynəlxalq yardıma 68 milyard dollar xərcləyib. USAID-inbüdcəsi isə 40 milyard dollar təşkil edir ki, bu da ABŞ-nin illikhökumət xərclərinin təxminən 0,6%-i deməkdir.
Millət vəkili bildkirib ki, USAID müxtəlif ölkələrdə, ocümlədən, Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizmininicraçısı olub:
“Bu təşkilat 707 media, 6 200 jurnalist və jurnalistikasahəsində çalışan 279 QHT maliyyələşdirib. Bu maliyyələşmə isəmüstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarınayönəldilib. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnımüsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxilolmaqla, həmçinin, 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolundaekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizəqarşı aparılan aparılan çirkin kampaniyanın da arxasında elə USAIDdayanırdı”.
Deputat vurğulayıb ki, USAID-in düzgün icra olunmayan və yagözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilənqənaət 110 milyon dollara çatıb.
“Faktlar onu deməyə əsas verir ki, USAID fəaliyyəti dövründə heçvaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi iləbağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələrdaxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoruolub.
Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eynizamanda, “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur.Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq,sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir”, - deyəK.Nurullayeva fikrini tamamlayıb.