AZ

Türkiyənin vitse-prezidenti internet məkanında törədilən cinayətlərə qarşı fəaliyyət planı hazırlandığını bildirib

Bakı, 29 iyul, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə internet məkanında narkotik maddələrin qanunsuz dövriyyəsi, onlayn qumar oyunları və digər cinayətlərin qarşısının alınması ilə bağlı hazırlanan fəaliyyət planı müzakirə edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Cevdet Yılmaz narkotik alverçiləri ilə həm küçələrdə, həm də sosial şəbəkələrdə mübarizənin davam etdiyini bildirib. O qeyd edib ki, narkotik maddələrin və tütün qaçaqmalçılığının qarşısını almaq məqsədilə gömrük məntəqələrində texnoloji yeniliklər, o cümlədən süni intellekt tətbiq olunur. Eyni zamanda, narkotik aludəçisi insanların müalicəsi üçün yeni reabilitasiya mərkəzləri açılır. Tütünə qarşı mübarizə çərçivəsində Səhiyyə Nazirliyi 672 poliklinikada siqareti atmaq istəyənlər üçün xüsusi bölmələr təsis edib, müraciət edənləri sayında isə 85 faiz artım qeydə alınıb.

Qanundan kənar bəhs, şans oyunları ilə mübarizə çərçivəsində yeni tədbirlər həyata keçirilir. Onlayn qumar şəbəkələrini aşkar etmək məqsədilə Maliyyə Nazirliyinin müfəttişləri nəzarət mexanizmi hazırlayıblar. Hökumət isə bu sahədə kompleks tədbirlər həyata keçirmək üçün fəaliyyət planı hazırlayıb. “İnsanların zərərli vərdişlərdən və soyğunçu cinayətkar dəstələrin təsirindən xilas etmək Prezident Rəcəb Tayyib Ərdoğanın əhəmiyyət verdiyi ən vacib məsələlərdən biridir”, -deyə vitse-prezident vurğulayıb.

Seçilən
11
azertag.az

1Mənbələr