Bakı. Trend:
Portuqaliyanın şimal və mərkəzi bölgələrini irimiqyaslı meşəyanğınları cənginə alıb. Havaların isti və küləkli keçməsi ilə alovdaha geniş ərazilərə yayılır.
Trend bu barədə“Euronews”a istinadən xəbər verir.
Çoxsaylı yanğın ocaqlarının lokallaşdırılmasına 1700-dən çoxyanğınsöndürən cəlb olunub . Ən güclü yanğın Arouka bölgəsindəmüşahidə olunur. Orada alovla 175 texnika ilə 500 xilasedicimübarizə aparır.
Ponte-da-Barsa adlı ərazidə isə şənbədən bəri davam edən meşəyanğını artıq yaşayış sahələrinə yaxınlaşır, insanlar qaldıqlarıevləri tərk etməli olurlar.
Meşə yanğınları ilə mübarizə üçün fəlakət zonasına səfərbərolunmuş azı 11 yanğınsöndürənin müxtəlif dərəcəli xəsarətlər aldığıbildirilir.