AZ

İranda silahlı qarşıdurma: 11 bəluc öldürüldü

İranın İsfahan əyalətində hökumət qüvvələrinin hücumu nəticəsində 8-i bir ailənin üzvü olmaqla ümumilikdə 11 etnik bəluc öldürülüb.

Axar.az xəbər verir ki, bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

İsfahan Polis İdarəsi də xəbəri təsdiq edib:

"Polisin İsfahan, Cənubi Xorasan və Yəzd əyalətlərinin kəsişdiyi yerdə keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb".

Rəsmi məlumata görə, öldürülənlərdən 4 tondan çox müxtəlif narkotik maddə aşkar edilərək götürülüb, onlara məxsus 2 avtomobil və bir motosiklet məhv edilib.

Seçilən
10
2
axar.az

3Mənbələr