BAKI, 29 iyul. TELEQRAF
Hesablama Palatasının maliyyə hesabatına əsasən, həyata keçirilmiş KDMN (kənar dövlət maliyyə nəzarəti) tədbirləri nəticəsində uyğunluq predmetləri üzrə ümumilikdə 65,0 milyon manat məbləğində maliyyə pozuntusu aşkar edilib. Həmin tədbirlər çərçivəsində dövlət büdcəsinə dəymiş zərərin isə 17,8 milyon manat olduğu müəyyənləşdirilib.
Pozuntuların aradan qaldırılması və fəaliyyətin müxtəlif istiqamətlər üzrə gücləndirilməsi məqsədilə Palatanın kollegiya qərarlarında ümumilikdə 32 təklif irəli sürülüb. Bunlardan 25-i maliyyə, 7-si isə prosedur xarakterlidir.