AZ

Avropa Rusiya ilə müharibəyə HAZIRLAŞIR

Avropa İttifaqının nəqliyyat və turizm üzrə komissarı Apostolos Tsitsikostas bildirib ki, Aİ-nin quru və dəmir yolları Rusiya ilə mümkün bir toqquşma baş verdiyi halda, hərbi texnika və birliklərin sürətlə daşınması üçün yetərli deyil.

"Cebheinfo.az" xəbər verir ki, Apostolos Tsitsikostas “Financial Times” qəzetinə verdiyi müsahibədə “hərbi hərəkət qabiliyyətini artırmaq məqsədilə” Avropa infrastrukturunun yaxşılaşdırılması üçün ən azı 17 milyard avro xərcləməyi planlaşdırdıqlarını bildirib.

Apostolos Tsitsikostas Aİ-nin şərq sərhədində müdaxilə üçün çəkisi 70 tona qədər olan NATO tanklarının istifadə ediləcəyi halda, bu tankların tunellərdə ilişib qala biləcəyini deyib.

Seçilən
0
cebheinfo.az

1Mənbələr