Şəhid övladları "Qardaşlaşmış Qarabağ Məktəbləri" Yay Düşərgəsində iştirak etmək üçün Moldovaya yola düşdü.
QHT.az xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 29 iyul - 4 avqust tarixlərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi təşkil olunacaq.
Moldovanın paytaxtı Kişinyov şəhərində baş tutacaq düşərgədə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan soydaşlarımızın övladları da iştirak edəcək. Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, eyni zamanda Moldovanın tarixi və turistik məkanlarını ziyarət edəcəklər.