AZ

Moskva reysitəcili eniş edib

Ajans.az xəbər verir ki, FlyOne Armenia aviaşirkətinə məxsus 3F315 nömrəli Yerevan–Domodedovo reysi sərnişinin qəfil və ağır xəstəlik vəziyyəti səbəbindən Rusiyanın Mahaçqala hava limanında təcili eniş etmək məcburiyyətində qalıb, bu barədə NEWS.am xəbər verib. Təyyarə heyəti sürətlə və qətiyyətlə reaksiya verərək, təcili tibbi yardım göstərmək məqsədilə Mahaçqala istiqamətinə yönəldib.

Təyyarə eniş etdikdən dərhal sonra təcili tibbi xidmətlər hadisə yerinə gəlib və sərnişini təcili əməliyyat üçün xəstəxanaya çatdırıblar.

Seçilən
1
Ajans.az

1Mənbələr