AZ

Apple ilk dəfə Çindəki mağazasını bağlayır

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Amerikanın “Apple” şirkəti ilk dəfə Çindəki brend mağazasını bağlayacaq.

Banco.az xəbər verir ki, Dalyanda yerləşən Apple Store avqustun 9-da fəaliyyətini dayandıracaq.

Şirkət bağlanma səbəbini açıqlamayıb. Dalyan mağazası 2015-ci ilin oktyabrında açılıb. Bu, Dalyandakı ilk rəsmi mağaza və Çinin şimal-şərqindəki Liaoning əyalətində ikinci rəsmi mağazadır.

“Apple”ın 2025-ci maliyyə ilinin ikinci rübü üçün maliyyə hesabatlarına görə, şirkətin gəliri əvvəlki ilə nisbətən 5% artaraq 95,4 milyard dollar təşkil edib. 

Məlumata görə, “Huawei” bu ilin ikinci rübündə Çin bazarında 12,5 milyon smartfon tədarük edərək 18,1% bazar payını tutaraq satış lideri olub. Çinin “Vivo”, “OPPO” və “Xiaomi” şirkətləri müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tutublar. “Apple” bazarın 13,9%-ni tutaraq beşinci yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
banco.az

2Mənbələr