AZ

"Apple" ilk dəfə Çindəki mağazasını bağlayır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Amerikanın “Apple” şirkəti ilk dəfə Çindəki brend mağazasını bağlayacaq.

Banco.az xəbər verir ki, Dalyanda yerləşən Apple Store avqustun 9-da fəaliyyətini dayandıracaq.

Şirkət bağlanma səbəbini açıqlamayıb. Dalyan mağazası 2015-ci ilin oktyabrında açılıb. Bu, Dalyandakı ilk rəsmi mağaza və Çinin şimal-şərqindəki Liaoning əyalətində ikinci rəsmi mağazadır.

“Apple”ın 2025-ci maliyyə ilinin ikinci rübü üçün maliyyə hesabatlarına görə, şirkətin gəliri əvvəlki ilə nisbətən 5% artaraq 95,4 milyard dollar təşkil edib. 

Məlumata görə, “Huawei bu ilin ikinci rübündə Çin bazarında 12,5 milyon smartfon tədarük edərək 18,1% bazar payını tutaraq satış lideri olub. Çinin Vivo, “OPPO” və Xiaomi şirkətləri müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tutublar. “Apple” bazarın 13,9%-ni tutaraq beşinci yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
1
banco.az

2Mənbələr