UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Şelburn" matçına satılmış bilet sayı açıqlanıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça bu ana qədər 19 500 bilet satılıb.
Qeyd edək ki, biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri iTicket.az-ın satış məntəqələrində (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ”ın fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür. Matç iyulun 30-u saat 20:00-da başlayacaq.