Hesablama Palatası maliyyə hesabatlarında 105 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
Hesablama Palatasının 2025-ci ilin ilk yarısı üzrə hesabatına əsasən, dövlət qurumlarının maliyyə hesabatlarında ümumilikdə 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edilib.
Qeyd olunur ki, bəzi qurumlarda dövlət əmlakı və aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, bəzi hallarda isə gəlir və xərclər qeyri-dəqiq şəkildə əks olunub.
Hesablama Palatası bu nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib. Qurum, həmçinin, bu sahədə şəffaflığın artırılması üçün monitorinqlərin davam etdiriləcəyini bildirib.
MənbəAPA