Çinin şimalındakı Hebey əyalətində torpaq sürüşməsi nəticəsində azı 8 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.
Çin Mərkəzi Televiziyası ( CCTV ) bu barədə məlumat yayıb.
“Hazırda sürüşmə nəticəsində 8 nəfər ölüb, 4 nəfər itkin düşüb”, - məqalədə deyilir.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Səlahiyyətlilər zərər çəkmiş ərazidə güclü torpaq nəmliyi və gözlənilən yağıntı səbəbindən sürüşmənin daha da artması təhlükəsi barədə xəbərdarlıq edib.