AZ

Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR

Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Nazirlik odunları daşıyacaq şirkət axtarır - 1,6 MİLYONLUQ TENDER ELANI

FED.az xəbər verir ki, tenderə əsasən, P.Qəribov, S.Mehmandarov, Q.Nəbi və Aşıq Şakir küçələrində təmir işləri həyata keçiriləcək. Bu işləri görəcək qalib şirkət “Muğan-KİTT” MMC (VÖEN: 8100068181) olub.

Şirkətlə bağlanmış müqavilənin ümumi məbləği 435 098 AZN təşkil edir. 

Qeyd edək ki, “Muğan-KİTT” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 6 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vəfa Paşayev Mehti oğludur. Hüquqi ünvanı AZ2415, Hacıqabul rayonu, Muğan ŞTQ, Muğan qəsəbəsi ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyil , lakin 2 523.39 AZN dəyərində vergi borcu var. 

Seçilən
1
fed.az

1Mənbələr