Çinin “iSpace” şirkəti “Enshi Xidu Shanquan” peyki ilə kommersiya xarakterli “Hiperbola-1” daşıyıcı raketini uğurla orbitə çıxarıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, buraxılış Pekin vaxtı ilə saat 12:11-də (Moskva vaxtı ilə 07:11) Ciuquan kosmodromundan (ölkənin şimalında) həyata keçirilib.
Pekin Ayın tədqiqi üçün nəzərdə tutulmuş meteoroloji, telekommunikasiya və naviqasiya peykləri və texnologiyalarını inkişaf etdirərək, milli kosmik proqramı fəal şəkildə inkişaf etdirir. Dövlət dəstəyi ilə çinli mütəxəssislər asteroidlərin və Marsın tədqiqi üzrə layihələr həyata keçirirlər. ÇXR kosmik stansiyası orbitdə fəaliyyət göstərir ki, bu da beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulub. 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.
R.İmanov