Olaylar.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək:
"Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəni əhatə edəcək".
Qeyd edək ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə tələbə təqaüdlərinin məbləği artırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31