Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib.

O, bildirib ki, manikür-pedikürdən başqa, qanla toxumalara müdaxilə ilə müşayiət olunan proseduralar varsa, bu halda aseptika, antiseptika qaydaları ciddi şəkildə gözlənilməlidir:
"Mən ümumiyyətlə tövsiyə edirəm ki, gözəllik salonlarına gələndə hər kəsin öz instrumentləri, alətləri olsun. Çünki burada təkcə qanla keçən infeksiyalardan söhbət getmir, tükə, baş dərisinə göbələyin, müxtəlif infeksiyaların düşməsi də mümkündür.
O baxımdan da, gigiyena qaydalarının gözlənilməsi, əlbəttə, çox mühümdür. İnsan dərisi ilə təmas zamanı müxtəlif instrumentlər ayrı-ayrı orqanizmlərə təmas edirsə, onda mütləq gigiyenik qaydalar gözlənilməlidir. Onların hər birinin təlimatı olmalıdır, bu təlimata uyğun da hərəkət etməlidirlər".
Əfsanə Kamal
Demokrat.az