AZ

Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar - FOTOLAR

"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar.

QHT.az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılara 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar, bu hadisələrin tarixi və hüquqi aspektləri, həmçinin faciənin miqyasını əks etdirən sənəd və materiallar haqqında ətraflı məlumat verilib.

Memorial Kompleksdə qorunub saxlanılan tarixi sənədlər, arxiv materialları, eləcə də insan qalıqları əsasında aparılmış arxeoloji və antropoloji tədqiqatlar nəticəsində hazırlanmış ekspozisiyalar gənclərin bu faciənin Azərbaycan tarixində buraxdığı dərin izlərlə yaxından tanış olmasına şərait yaradıb. Ziyarət çərçivəsində iştirakçılar soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Seçilən
1
1
qht.az

2Mənbələr