AZ

ABŞ İranla qarşıdurma üçün bəhanə axtarır Xamenei

ain.az, Sfera.az portalına istinadən məlumat verir.

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ni Tehranın nüvə proqramını bəhanə gətirərək İslam Respublikası ilə qarşıdurmada qalmaqda ittiham edib.

Sfera.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Xamenei çıxışında bildirib.

“Nüvə problemi adlandırdıqları şey – uranın zənginləşdirilməsi, insan haqları və digər məsələlər sadəcə bəhanədir. Əslində onlar bizim inancımız və doktrinamızla razılaşmırlar”, - deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərini bərpa etməyə çalışacağı təqdirdə yeni zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi.

Gərginlik İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlamasından sonra artıb. Tezliklə Tehran cavab zərbəsi endirib. Doqquz gün sonra, iyunun 22-də ABŞ hərbi təyyarələri İranın üç nüvə obyektini hədəfə alaraq faktiki olaraq münaqişəyə qoşulub.

Ertəsi gün İran ABŞ-nin bölgədəki ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeid bazasına raket zərbəsi endirib. ABŞ rəsmiləri insident nəticəsində itki və ciddi dağıntıların olmadığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp daha sonra İsrail və İranın tam atəşkəsə razılaşdığını bildirib. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
sfera.az

2Mənbələr