AZ

Bu ölkələrdə çikunqunya virusu aşkarlandı

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İtaliya və Fransada "çikunqunya" virusuna yoluxma halları aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RIA Novosti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Avropada Hind okeanındakı adalarda baş verən epidemiyayla bağlı idxal olunmuş hallar barədə məlumatlar gəlməkdə davam edir. Bu arada Fransada yerli yoluxma halları, İtaliyada isə şübhəli hallar qeydə alınıb,” – deyə ÜST-nin məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda "çikunqunya" əsasən Hind okeanı adalarında və ümumilikdə Cənubi Asiyada yayılır.

Qeyd edək ki, "çikunqunya" ağcaqanadların sancması ilə keçən arbovirusdur. Yoluxmuş şəxslərdə bədən temperaturu 40 °C-yə qədər yüksəlir, baş ağrısı, oynaq və əzələ ağrıları, zəiflik, ürəkbulanma və səpki müşahidə olunur.

Xəstəliyin qarşısını almaq üçün vaksinlər mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr