Tələbələrin NƏZƏRİNƏ: Bu ixtisasların iş imkanları daha genişdir
"Əmək bazarında I, II və V qruplar üzrə iş tapmaq imkanları daha çoxdur. Bu sahələrdə iqtisadi, sənayi, texnoloji, dizayn işləri ilə bağlı olaraq gələcəkdə tələbələrin sahibkara çevrilmə imkanları daha genişdir, resurslar daha çoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
O bildirib ki, tələbələrin bu istiqamətə üz tutması onlar üçün daha faydalı olacaq:
"Maşın, kompüter mühəndisliyi, iqtisadiyyat, beynəlxalq iqtisadiyyat, dizayn, layihə mühəndisliyi, tikinti inşaatı kimi ixtisaslar əmək bazarında daha çox tələbata sahibdir".
Əfsanə Kamal
Demokrat.az