AZ

Paşinyanı seçki qorxudur

Ermənistandakı siyasi vəziyyətə 2026-cı il iyunun 7-də keçiriləcək seçkilər fonunda yanaşmaq lazımdır. Bu barədə politoloq və Yaxın Şərq, Mərkəzi Asiya məsələləri üzrə ekspert Semyon Bağdasarov RT-yə müsahibəsində bildirib.

Doğru.az xəbər verir ki, ekspertin sözlərinə görə, baş nazir Nikol Paşinyanın partiyasının reytinqi hazırda 7–8 faizdir və bu, onun üçün ciddi təhlükə yaradır:

“Gələn il seçkilərdə uduzmaq Paşinyan üçün faciədir. Çünki o, çoxsaylı suallara cavab verməli olacaq və hakimiyyəti itirəcək. Bu, onun arxasında dayanan Türkiyə-Azərbaycan tandemi və ABŞ üçün də təhlükədir. Onlar Paşinyanı müəyyən daxili və xarici təsirlər hesabına hakimiyyətə gətiriblər. Ona görə də Paşinyan bu gün yalnız iqtidarını qorumağa çalışır – dəhlizi vermək, ABŞ-a bağlılıq nümayiş etdirmək və katolikosu dəyişmək niyyəti də bunun göstəricisidir”.

Qeyd edək ki, bundan əvvəl politoloq İqor Semenovski də RT-yə açıqlamasında Ermənistanda əsas milli dayaqların – o cümlədən Erməni Apostol Kilsəsinin – sıradan çıxarılması istiqamətində fəaliyyət göstərildiyini qeyd etmişdi.

DOĞRU.AZ

Seçilən
0
1
dogru.az

2Mənbələr