2025-ci ilin ən gözlənilən astronomik hadisələrindən biri olan Perseid meteor yağışı iyulun 17-də başlayacaq və avqustun 23-dək davam edəcək. Ən yüksək fəallıq isə avqustun 12-dən 13-nə keçən gecə müşahidə olunacaq.
Bu barədə News24.az xarici Kiv-ə istinadən xəbər verir.
Meteor yağışı Türkiyədən də aydın şəkildə görünəcək. Şəhər işıqlarından uzaq, yüksək ərazilər — xüsusilə Şərq Anadolu, İç Anadolu və Qara dəniz bölgələri müşahidə üçün ideal sayılır.
Xeyrənsə Piriyeva