İranın İsfahan əyalətində hökumət qüvvələrinin hücumu nəticəsində 8-i bir ailənin üzvü olmaqla ümumilikdə 11 etnik bəluc öldürülüb.
News24.az xəbər verir ki, bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.
İsfahan Polis İdarəsi də xəbəri təsdiq edib:
"Polisin İsfahan, Cənubi Xorasan və Yəzd əyalətlərinin kəsişdiyi yerdə keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb".
Rəsmi məlumata görə, öldürülənlərdən 4 tondan çox müxtəlif narkotik maddə aşkar edilərək götürülüb, onlara məxsus 2 avtomobil və bir motosiklet məhv edilib.