AZ

Rəsmi dilerdən maşın aldı, birinci əl olmadığı ortaya çıxdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Türkiyənin Mersin şəhərində yaşayan Tarık Erdoğan adlı şəxs rəsmi dilerdən “Peugeot” markalı panelvan avtomobil alıb, həmin gün isə ekspertizaya apardıqda gözlənilməz faktla qarşılaşıb.

Avtosfer.az xəbər verir ki, ekspertiza zamanı avtomobilin mühərrik kapotu sökülüb-yığılıb, yəni “sök-tax” əməliyyatına məruz qaldığı məlum olub. Həmçinin, bəzi hissələrinin boyandığı və bu səbəbdən avtomobilin tam orijinal vəziyyətdə olmadığı üzə çıxıb.

Tarık Erdoğan bildirib ki, aldığı nəqliyyat vasitəsi “sıfır” olmasına baxmayaraq, bu hallar maşının bazar dəyərini ciddi şəkildə aşağı salıb. Onun sözlərinə görə, avtomobil artıq təxminən 300 min türk lirəsi (təxminən 16 min manat) dəyər itirib.

Erdoğan hadisə ilə bağlı hüquqi müstəviyə müraciət etdiyini, məsələni məhkəməyə daşıdığını açıqlayıb:

"Mən sıfır maşın almışam, amma istifadə olunmuş maşın kimi çıxıb. Bu vəziyyəti qəbul etməyəcəyəm. Hüquqi mübarizəmi sonuna qədər davam etdirəcəyəm," – deyə o bildirib.

Hadisə avtomobil alıcıları arasında sıfır avtomobil adı altında təqdim edilən nəqliyyat vasitələrinin də ekspertizadan keçirilməsinin vacibliyini bir daha gündəmə gətirib.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
avtosfer.az

1Mənbələr