"Roma"nın əfsanəsi Françesko Tottinin oğlu 19 yaşında futbolçu karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, buna səbəb əfsanəvi futbolçunun oğlu olmağın çətin olduğu göstərilib. Belə ki, Kristian Totti psixoloji təzyiqlə daim atası ilə müqayisə ilə üzləşib.
19 yaşlı Kristian futbolda karyerasını davam etdirəcək. O, atası tərəfindən qurulan futbol məktəbində skaut olaraq işləməyə başlayacaq.