Azvision saytına istinadən ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, diplomat Rusiya neftindən imtina edilməsinin Hindistan iqtisadiyyatına zərbə vuracağını söyləyib. “Biz dünyanın üçüncü ən böyük enerji istehlakçısıyıq. Məhsullarımızın 80%-dən çoxunu xaricdən idxal edirik. Siz bizə nə təklif edirsiniz? İqtisadiyyatımızı dayandıraq?”, - “Hindistan Times” qəzeti diplomatın bəyanatından sitat gətirir. Vikram Doraisvami həmçinin qeyd edib ki, Hindistanı Rusiya ilə münasibətlərinə görə tənqid edən Qərb ölkələri özləri Nyu-Dehli üçün “çətinlik mənbəyi” olan dövlətlərlə münasibətləri “öz mənfəətləri naminə” saxlayırlar.
Rusiyalıların yarıdan çoxu Trampın hədələrinə inanır | VİDEO
Xatırladaq ki, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiyaya və onunla ticarət edən ölkələrə 100%-lik ikinci dərəcəli rüsumlar tətbiq edəcəyini açıqlayıb. Bunun ardınca, NATO-nun baş katibi Mark Rütte Hindistan, Çin və Braziliyaya müraciət ünvanlayaraq, ABŞ-nin mümkün sanksiyalarının ciddi nəticələri barədə xəbərdarlıq edib. Siysaətçi, eyni zamanda, onları Moskvanı danışıqlar masasına qayıtmağa təşviq etmək üçün öz təsirlərini göstərməyə çağırıb. Maraqlıdır ki, Hindistanın Neft naziri Hardip Sinqh Puri bunun cavabında ölkəsinin mümkün məhdudiyyətlərin öhdəsindən gəlməyə hazır olduğunu vurğulayıb: enerji təchizatını şaxələndirən Nyu-Dehli Rusiya neftini Braziliya və Kanada da daxil olmaqla alternativ mənbələrlə əvəz edə biləcək. Hindistanın qaz aldığı ölkələrin sayın isə 27-dən 40-a yüksəlib. İyulun 28-də isə Stokholmda ABŞ və Çin arasında ticarət danışıqları başlayıb. Açeriak tərəfinin nümayəndə heyətinə ABŞ-nin Maliyyə naziri Skott Bessent başçılıq edib. “The New York Times (NYT)” qəzetinin yazdığına görə, Bessent Vaşinqtonun Çindən Rusiya və İran neftini almağı dayandırmağı tələb edəcəyini bildirib. Bununla belə, bir sıra qərbli analitiklər Vaşinqtonun tələbinə rəğmən, Pekinin və Nyu-Dehlinin Rusiya və İrandan neft tədarükünü dayandırmayacağını iddia edirlər. Ekspertlərin bir simi isə, Rusiya neftinin alışına görə Donald Trampın Hindistan və Çinə faktiki olaraq 100% tariflər tətbiq edəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, ikinci dərəcəli tariflər Rusiyaya münasibətdə çox kobud alət ola bilər. Belə bir addımın qlobal iqtisadiyyat üçün son dərəcə mənfi nəticələr törədə bilməsi səsəbindən Vaşinqton buna cəsarət etməyəcək. - Əgər siz bazardan gündə 4,5 milyon barreldən çox neft çıxarmaq üçün kəskin tədbirlər görməyə və digər ölkələr Rusiya neftini idxal etdikləri üçün onlarla ticarət əlaqələrini kəsməyə hazırsınızsa, siz neftin qiymətində kəskin artıma və qlobal iqtisadiyyatın çökməsinə səbəb ola bilərsiniz”, - “Rapidan Energy Group” Fernando Ferreyra “Reuters” agentliyinə müsahibəsində deyib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kley Siql, öz növbəsində, vurğulayıb ki, Trampın qlobal neft qiymətlərinin artması ilə bağlı narahatlığını hamı bilir və bu, ABŞ iqtisadiyyatına da təsir göstərir. Ona görə də, bu baxımdan, Vaşinqtonun tərəfdaşları “onun hədələrinə boş söhbət kimi məhəl qoymaya da bilərlər”. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.