Nevroloq Valeri Novoselov frontotemporal demensiyanın inkişaf riskini necə müəyyən etməyin mümkün olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, bu növ demensiyanı yalnız genetik analiz vasitəsilə aşkarlamaq mümkündür. Lakin bu metod tam diaqnostik dəqiqlik vermir, çünki beyin çox mürəkkəb orqandır.
“Elə hallar olub ki, bütün əlamətlər mövcud olub demensiya sindromu olan qohumlar, valideynlər, genetik analiz də xəstəliyin mümkünlüyünü göstərib, amma həmin insanda demensiya inkişaf etməyib”, - deyə Novoselov bildirib.
O qeyd edib ki, demensiyanın erkən mərhələdə ilk əlaməti yaddaşın pozulmasıdır. İnsanlar əvvəlcə sadə məlumatları, daha sonra isə daha mürəkkəb bilgiləri unutmağa başlayırlar.
“Ən əsas məqam isə budur ki, pozğunluq nəticəsində insan daimi yardıma ehtiyac duyur”, - deyə həkim fikrini yekunlaşdırıb.
Aytəkin TOFİQQIZI