9 avqust saat 18:00-da Heydər Əliyev Mərkəzinin qarşısında Red Bull Dance Your Style tədbirinin Milli Finalı keçiriləcək.
Bu, ölkənin ən böyük rəqs tədbirlərindən biridir. 16 ən yaxşı rəqqas səhnəyə çıxacaq və öz üslublarını battle formatında nümayiş etdirəcəklə
Dünya səviyyəli küçə rəqsləri bir araya gəlir: Hip Hop, House, Locking, Popping, Waacking, Tutting, Voguing, Krumping, Afro Dance, Dancehall və istəsən yerli üslublarla da çıxışını fərqləndirə bilərsən.
“BREAK DANCE” yarışın qaydalarına daxil deyil!
İştirak üçün şərtlər:
– Rəqqaslar Azərbaycan vətəndaşı olmalıdır
– 18 yaşdan yuxarı olmalıdır
– Cins bərabərliyi qorunmalıdır
SEÇİM QAYDASI
Qeydiyyatdan keçən bütün iştirakçılarla əlaqə saxlanılacaq və ətraflı məlumat veriləcək.
27 iyul 2025 tarixində saat 18:00-da Dəniz Mall-da keçiriləcək seçim turunda iştirak etmək mütləqdir.
Seçmə mərhələsində gizli münsif olacaq və yalnız o, səhnədə göstərilən performanslara əsaslanaraq 16 rəqqası seçəcək. Seçilən iştirakçılar Red Bull Dance Your Style Milli Finalına vəsiqə qazanacaqlar.
🏆 Milli Finalının qalibi, 11 oktyabr 2025-ci il tarixində Los-Ancelesdə keçiriləcək Red Bull Dance Your Style Dünya Finalında ölkəmizi təmsil edəcək.