AZ

Təşkilatçılar bir hərf səhvi ilə məmuru biabır etdilər – VİDEO

Başqırdıstanın kənd bayramlarından birində qəribə və biabırçı hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, səhnədə “Vadimdə Qonaq” (başqırd dilində: Вадимда Ҡунаҡта) yazısı əvəzinə, tək bir hərf səhvi ilə “Вадимда Ҡутаҡта” ifadəsi yer alıb. Bu isə “qonaq” mənasını verən “ҡунаҡ” sözünü kobud və nalayiq ifadəyə – kişinin cinsi orqanı anlamına gələn sözə çevirib.

Hadisə Kuşnarenkovo rayonunun rəhbər müavini Vadim Arslanov səhnəyə çıxarkən baş verib. O, məhz bu nalayiq ifadənin fonunda çıxış edib. Zalda gülüş qopub, vəziyyət təşkilatçılar üçün əməlli-başlı utanc doğurub.

Səhv, başqırd dilindəki "н" və "т" hərflərinin yazılışda oxşarlığı səbəbindən baş verib. Lakin nəticədə səhnədəki yazı tədbiri qeyri-ciddi və gülməli hala salıb. Sosial şəbəkələrdə isə bu olay qısa zamanda yayılıb və geniş müzakirələrə səbəb olub.


Bizim.Media

Seçilən
31
bizim.media

1Mənbələr