AZ

"Aqrarkredit" BOKT-a sözçü təyin olunub

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) İctimaiyyətlə əlaqələr şöbəsi yaradılaraq ona müdir təyin edilib.

Qurumdan "Report"a verilən məlumata görə, bu vəzifə Samir Mansurova həvalə olunub.

O, indiyə qədər BOKT-un İdarə Heyəti sədrinin köməkçisi olub.

"Aqrarkredit” Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” ölkə Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit”in səhmdarı olaraq çıxış edir. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.

Seçilən
0
3
report.az

4Mənbələr