AZ

Günəşdən qorunmaq üçün istifadə olunan SPF kremi ilə bağlı XƏBƏRDARLIQ

Hava isti olduqda insanlar xüsusilə çimərliklərə axın edir və sahildə günəşlənir. Əlbəttə, günəşlənmək D vitanimininin artması üçün önəmlidir. Ancaq bəzən insanlar günəşlənərkən  SPF-dən, yəni günəşdən qoruyucu krem istifadə etməyi unudurlar.  Bu da onlar üçün faciəylə nəticələnə bilər.

Görək, SPF istifadə etmədən günəş altında qalmaq hansı nəticələrə səbəb ola bilər?

Dermatoloq Tünzalə Əzizli Bizim.Media-ya açıqlamasında vurğulayıb ki,  hazırki temperaturda nəinki çimərliyə gedərkən, gündəlik olaraq da günəş kremindən istifadə olunmalıdır.

Dermatoloq bu kremin düzgün qaydalarına riayət etməyin önəmini vurğulayıb. Sonra isə əməl etmədikdə baş verəcək nəticələrdən danışıb:
 

“Məsələn, səhər vurduğumuz krem bizi gün ərzində qoruya bilməz. Buna görə də 2-3 saatdan bir yenilənməlidir. SPF-dən istifadə etmədən çimərliyə getmək, günəşlənmək orta və ağır dərəcəli dəri yanıqlarına, allergik reaksiyalara səbəb ola bilər. Yüksək temperaturda günəşdən qoruyucu kremlərdən şlyapalardan, papaqlardan, nazik qollu geyimlərdən və s.. istifadə etmək lazımdır”.


Qeyd edək ki, SPF-lər növlərinə görə fərqlənir. Məsələn,  SPF 15 dərini günəşə çıxmadan təxminən 15 dəfə daha uzun müddət qoruyur, SPF 30  eyni effekti təxminən 30 dəfə artırır. SPF 50 isə günəşdən 50 dəfə daha uzun müddət qoruma təmin edir.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr