Elektrostalda 51 yaşlı yerli sakinin 31 yaşlı Balaşixa sakinini ölümcül zorlaması ilə bağlı iş üzrə istintaq başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya Rusiya İstintaq Komitəsinin (SKR) Moskva vilayəti üzrə idarəsindən məlumat verilib.
Məlumata görə, qadın 2024-cü il yanvarın 22-də qatarla Moskvadan evə qayıdırmış. O, yuxuya gedib və təsadüfən gecə Elektrostaldakı "Maşinostroitel" stansiyasına gəlib. Orada bir taksi sürücüsü rus qadına yaxınlaşaraq ona gedəcəyi yerə aparmağı təklif edib. Yolda o, sərnişinin ilk dəfə Elektrostalda olduğunu və orada heç bir tanışının olmadığını öyrənib. Sonra o, zərərçəkənin çarəsiz vəziyyətindən istifadə etmək qərarına gəlib. Sürücü ona narkotik və dərman qarışdırılmış içki verib. Onu yatırdıb və zorlayıb. Sonradan zərərçəkənin vəziyyəti pisləşib və onu xilas etmək mümkün olmayıb. Kişi cəsədi meşəyə atıb, hansı ki, 3 gündən sonra tapılıb.
Elektrostal sakini Rusiya Cinayət Məcəlləsinin 228.1-ci ("Narkotik vasitələrin satışı") 1-ci hissəsi, 132-ci maddəsinin 4-cü hissəsi ("Seksual xarakterli zorakılıq hərəkətləri"), 131-ci maddəsinin 3-cü hissəsi ("Zorlama") ilə ittiham olunub.
Əvvəlcə o, etdiklərini inkar edib və baş verənlərlə bağlı yalan versiya irəli sürüb. Lakin müstəntiqlər həmin şəxsin faciədə əli olduğunu sübut ediblər.