AZ

Giresunda 2 ailə arasında silahlı münaqişə, ölənlər var

ain.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Türkiyənin Giresunun Dereli rayonunda iki ailə arasında silahlı münaqişə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, iki ailə arasında hələlik müəyyən edilməyən səbəbdən mübahisə başlayıb.

Mübahisə davaya çevrilərkən 75 yaşlı Haşim Gençalioğlu tapança ilə 65 yaşlı Mustafa , onun həyat yoldaşı 63 yaşlı Ayşe Kırömeroğlu və oğlu 27 yaşlı S. Kırömeroğluna atəş açıb.

S. Kırömeroğlu da tapança ilə Gençalioğlu’na cavab atəşi açıb.

Hadisədə Haşim Gençalioğlu, Mustafa və Ayşe Kırömeroğlu həyatını itirib.

Yaralanan S. Kırömeroğlu isə Dereli Rayon Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
operativmm.az

2Mənbələr