AZ

Qusarda 47 yaşlı kişi arvadını döydü

Qusar rayonunda 47 yaşlı kişi arvadına xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 13-də baş verib. 

Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Bəhruz Hüseynov həmin gün, gecə saat 23 radələrində birgə yaşadıqları evin qonaq otağında arvadı Zahidə (ad-soyad şərtidir – red.) ilə ailə-məişət zəminində baş verən söz mübahisəsi zamanı onu əl və yumruq zərbələri ilə başından vurub. Ona  sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. 

Hadisəni törədən B. Hüseynovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, aprelin 13-də, gecə saat 23 radələrində birgə yaşadıqları evdə aralarına baş vermiş söz mübahisəsi zamanı arvadının başına 2 dəfə əl zərbələri yetirib. 

O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını deyib. 

Zərərçəkmiş isə ifadəsində göstərib ki, hadisə baş verən zaman əri sərxoş olub. 

O, ərini bağışladığını, ona qarşı şikayətçi olmadığını söyləyib. 

Bu işə Qusar Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə onların barışmasını nəzərə alıb. Bu səbəbdən B. Hüseynovun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az
Seçilən
0
1
demokrat.az

2Mənbələr