AZ

"Nikosayağı" qəzaya düşdüyü maşının nömrəsini satdı

“Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü “Porşe” markalı avtomobilinin nömrəsini satıb.

Axar.az Unikal-a istinadla xəbər verir ki, 10 GR 005 dövlət qeydiyyat nişanlı nömrə 8 min manata alınıb.

Qeyd edək ki, qəzadan sonra "Porşe" markalı maşın təmir edilməyib. Maşının ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.

Seçilən
16
12
axar.az

10Mənbələr