AZ

Yermak: "Moskva İrana arxalanır"

Bu sözləri Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak özünün "Telegram" kanalında yazıb. O vurğulayıb ki, Ukraynanın bir dövlət kimi məhvi Rusiyanın əsas strategiya və yeganə maraq nöqtəsidir.

"Moskva öz marağını həyata keçirməkdəŞimali Koreyaya və İrana arxalanır,bu ölkələrdən birbaşa dəstək alır. Eyni zamanda,Qlobal Cənubunköməyi ilə sanksiyalardan yayınır. Hərçənd bu və ya digər yardım aldığını həmişə danır",- Yermak bildirib.

O diqqətə çatdırıb ki, hazırda Rusiya təkcə Ukrayna və Avropaya yox, eyni zamanda, ABŞ-yə də meydan oxuyur.

"Putin hökuməti müharibəni başa çatdırmaqda, həll yoluna gətirməkdə aciz qalıb. Bu, yalnız güc yolu ilə mümkündür",- aparat rəhbəri yazıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
2
azvision.az

3Mənbələr